Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycandan olan 15 tələbə RAGB-nin “AMOR Əlaçı Təqaüdü” müsabiqəsinin qalibləri siyahısına daxil edilib.ANmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə RAGB-in mətbuat xidməti məlumat yayıb.
Rusiya Azərbaycanlı Gənclər Birliyi artıq dördüncü ildir ki, Rusiya universitetlərində təhsil alan tələbələrə maliyyə dəstəyi verir.
Xatırladaq ki, 2019-cu ildən bəri “AMOR Əlaçı Təqaüdü”nü 46 tələbə qazanıb. Rusiya universitetlərinin bakalavr və ya magistr proqramları üzrə əyani təhsil alan azərbaycanlı əlaçılar bu təqaüdə müraciət edə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin