Azərbaycan Mərkəzi Bankı daha 8 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.
ANmedia.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar sentyabrın 9-da, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin