
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.
ANmedia.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
"ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək", - məlumatda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin