
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"ın öz meydanında PSV ilə keçirəcəyi matç təxirə salınıb.
ANmedia.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə qərarın verilməsinə səbəb isə Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərdir.
Qeyd edək ki, oyun sentyabrın 15-də keçirilməli idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin