
Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir.
ANmedia.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə ediləcək.
Belə ki, komitə iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin