Monzada 2022-ci il mövsümünün 16-cı Formula 1 yarışı olan İtaliya Qran Prisi başa çatıb.Ev yarışında “Ferrari” qələbə şansını əldən verib.
Komandanın pilotu Çarlz Leklerin ilk sıradan start götürməsinə baxmayaraq, o, finişə yalnız ikinci çatıb.
Yarışın qalibi isə Maks Verstappen (“Red Bull”) olub.
İlk üçlüyü Corc Rassel (“Mercedes”) qapayıb.
Bu nəticədən sonra fərdi hesabda Ferstappen 335 xalla liderliyini qoruyub saxlayır. Onu Çarlz Lekler (219 xal) və Serxio Peres (“Red Bull”, 210) xal izləyirlər.
Mənbə: sports.ru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin