
ANmedia.az xəbər verir ki, Türkiyənin Haber Global telekanalı Zəngəzur dəhlizinin qurulması üzrə aparılan işləri işıqlandırıb.Telekanalın süjetində bildirilir ki, dəhlizin Azərbaycan ərazisindəki hissəsində tikinti işləri davam edir və artıq Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.
Videomaterialda qeyd olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında Türkiyə şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin