"2019-2023 Dövlət Proqram" çərçivəsində 2 bakalavriat, 2 magistratura İkili diplom proqramı olmaqla, 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir.
ANmedia.az xəbər verir ki, bunu "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir.
"Bu ilin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin olunublar".
Turan Topalova vurğulayıb ki, xaricdə doktorantura təhsili almaq üçün daha çox üz tutulan ölkələr Türkiyə, Birləşmiş Krallıq, Almaniya, ABŞ və Fransadır: “Prioritet ixtisaslar isə iqtisadiyyat və idarəetmə, təbiət, səhiyyə və rifah, texnika və texnologiya, humanitar və sosial, təhsil və kənd təsərrüfatıdır. Bu il 12 doktorantın ölkəyə geri qayıdacağı gözlənilir”.
O, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə hazırda 327 tələbənin proqrama qəbul edildiyini diqqətə çatdırıb: “Onlardan 80-i bakalavriat, 227 nəfəri magistratura üzrədir. Tələbələr 18 ölkədə təhsil alacaqlar. Prioritet ölkələr Böyük Britaniya, Almaniya, Türkiyə, ABŞ və Belçikadır. Ən çox müraciət olunan ixtisaslar mühəndislik, iqtisadiyyat, maliyyə, informasiya, təhsil sahələridir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin