Yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 mlrd. 362 mln. manat ödənilib.
ANmedia.az bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən bildirir ki, sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 mln. manat çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin