Ağalı kəndində artıq məktəb binasında son tamamlama işləri aparılır. İnşallah 15 sentyabr Ağalı da ilk zəng sədaları eşidiləcək. Bu gün köçən ailələr içərisində müəllimlərimiz də var. Bununla əlaqədar olaraq möhtəşəm tədbirin olması planlaşdırılır”.
ANmedia.az-ın məlumatına görə, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
“Son bir ay ərzində ət kəsim məntəqəsi arıq fəaliyətdədir, yanacaqdoldurma məntəqəsi artıq fəaliyyət göstərir. Bütün bu sahələrdə bizim Ağalı kəndinin sakinləri çalışırlar. Burada artıq tikiş müəssisəsidə fəaliyyət göstərir, 15 nəfərdən çox Ağalı kənd sakinləri həmin müəssisədə çalışırlar. Kənd təsərrüfatı sahəsində də burda şirkətlər var ki, Ağalı kənd sakinləri orada çalışırlar”, - Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün, doğma kəndlərinə qayıdıblar və məskunlaşıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin