Bu il əsas məqsədimiz müəllimlərin bilik və bacarıqlarını müəyyən etməkdir. Bütün məktəblərdə müəllimlərimizin bacarıqları arzuedilən deyil. Ancaq bacarıqlı müəllimlərimiz də var".
ANmedia.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, ümumilikdə 78 faiz müəllim sertifikasiyanın ilkin mərhələsində uğur qazanıb: "10944 ibtidai sinif müəllimi 4 regional dairə üzrə sertifikasiyaya cəlb olunub. 2367 müəllimin təkmilləşdirməyə ehtiyacı var. 8577 müəllim uğur qazanıb".
Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin