
TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.
Bu barədə ANmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.
Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.
Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








