Azərbaycanda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlər: internetə qoşulma və internet infrastrukturu” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələri hazırlananır.
ANmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə ətraflı məlumat Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi Qrupunun video-konfrans formatında keçirilən iclasda verilib.
Toplantıya İşçi Qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov sədrlik edib.
Yol Xəritəsi layihəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyindən daxil olmuş əlavə qeydlərə dair məlumat və təkliflər dinlənilib, suallar cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: internetə qoşulma və internet infrastrukturu” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihəsinin qısa müddət ərzində müvafiq qaydada razılaşdırılaraq təsdiq edilməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab olunub.
İşçi Qrupun rəhbəri bu platformanın yaratdığı imkanlardan istifadənin səmərəli olması üçün sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin