Qazaxıstan Baş Prokurorluğu Kostanay vilayətində baş verən meşə yanğınları ilə bağlı ibtidai araşdırmalara başlayıb.
ANmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"Kostanay vilayətinin Auliekol, Uzunkol və Karabalık rayonlarında meşə yanğınları söndürülür. Dörd yaşayış məntəqəsində (Amankaraqay, Ozernoye, Kalinino və Lesnoye kəndləri) ilkin məlumatlara görə, 108-ə yaxın ev və tikiliyə ziyan dəyib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilir. Bu gün bir nəfərin - Amankaraqay kənd sakini 1936-cı il təvəllüdlü Babenko M.İ.-nin ölməsi məlumdur.
Bundan əlavə, bazar günü Baş Prokurorluq bildirib ki, bir gün əvvəl Kostanayda ovçuluq mağazasında baş vermiş böyük yanğınla bağlı ibtidai istintaq başlayıb. Hadisə nəticəsində 4 işçi ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.
“Bu faktlar əsasında “yanğınla ehtiyatsız davranma ağır nəticələrə səbəb olduqda və xüsusilə külli miqdarda ziyan vurma”, “meşələri məhv etmə”, “yanğın təhlükəsizliyi tələblərini pozma, ölümə səbəb olduqda” maddələri ilə ibtidai araşdırmalar başlanılıb”, - xəbərdə vurğulanır.
Öz növbəsində Qazaxıstan Müdafiə Nazirliyi Kostanay vilayətində meşə yanğınları ilə mübarizəyə hərbi qulluqçuların cəlb edilməsi barədə məlumat verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin