“Azərbaycan Türkiyə qardaşlığının dünyada örnəyi yoxdur”.ANmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyənin Zəfər Bayramına həsr olunmuş tədbirdə çıxışında deyib.
Azərbaycan XİN rəsmisi bildirib ki, 100 il bundan əvvəl çətinliklərə baxmayaraq Mustafa Kamal Atatürkün liderliyi ilə aparılan mübarizə qələbə ilə yekunlaşıb. Bu liderlik, Atatürkün apardığı siyasət, qlobal səviyyədə nadir rast gəlinən nümunədir:
"30 avqust Türkiyənin parlaq gələcəyi üçün zəmin hazırladı. Bu gün uğurlu diplomatiya güclü ordu, güclü iqtisadiyyatı ilə Türkiyə aparıcı ölkəyə çevrilib. Türkiyə eyni zamanda qlobal güclərin hesablaşdığı aktora çevrilib".
Elnur Məmmədov Türkiyənin 44 günlük Vətən Müharibəsində Azərbaycana verdiyi dəstəyə də toxunub:
"Türkiyə bütün təzyiq və təhdidlərə baxmayaraq bizə mənəvi, diplomatik dəstək verdi, Türkiyə haqq səsimizin eşidilməsində bizə yardım etdi. Bu təkcə qardaşlığın göstəricisi deyil, bu həm də Türkiyənin ədalətin, doğrunun yanında olmasının nümunəsidir.
Şanlı zəfər yolumuzda Türkiyənin yanımızda olması həmişə minnətdarlıqla xatırlanacaq. Bizim qardaşlığımızın dünyada örnəyi yoxdur. Münasibətlərimiz Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksəlib. Bizim müttəfiqliyimiz sülhün, təhlükəsizliyin qarantıdır və onun güclənməsinə yönəlib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin