İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana işgüzar səfəri başlayıb.
Baş Prokurorluqdan verilən məlumata istinadə xəbər verir ki, ilk olaraq İran İslam Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını salamlayan İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin