
Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.
ANmedia.az APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov dediyi məlumata istinadən xəbər verir ki, bunlardan biri V siniflər üçün "Təbiət 5" dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək.
"Əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyi keçiriləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib" - deyə İnstirut direktoru bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin