Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.
ANmedia.az. xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetindən bildirilib.
Məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir, faciə nəticəsində yaralananlara şəfa dilənir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin