"Azərsu" ASC işğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
ANmedia.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC seçilib. Qalib şirkətlə 8,074 milyon manatlıq müqavilə imzalanıb. “Az Graft Construction” müqaviləyə görə, işləri 2025-ci ilin sonuna kimi yekunlaşdırmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin