Zəngilan rayonunun Ağalı kəndində 200 evin inşası tamamlanıb və 150 evin tikintisi planlaşdırılır.
ANmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, planlaşdırılan tikililər iki-üç mərtəbəli binalar və otel olacaq.
“Zəngilanın yenidənqurma və bərpasında BMT-nin dayanıqlı inkişaf hədəfləri diqqətə alınır”, - deyə V.Hacıyev əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin