ANmedia.az APA-ya istinadla xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".
Etibar Mirzəyev onu da deyib ki, yanğınların söndürülməsinə FHN-in 700-dən artıq canlı qüvvəsi, 80-dən çox texnikası, 1 amfibiya təyyarəsi və 3 helikopter cəlb olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin