Bu il yer alan quraqlıq Avropada su elektrik stansiyalar tərəfindən elektrik enerjisinin istehsalına ciddi təsir göstərib.
ANmedia.az bildirir ki, bu barədə Avropa Komissiyasının Birgə
Araşdırmalar Mərkəzinin hesabatında deyilir.
"Yağışların kəskin defisiti bütün Avropa üzrə çay axınlarına təsir göstərib”, - hesabatda bildirilir.
Hesabata əsasən, yağışların ciddi defisiti enerji sektoruna böyük təsir göstərib. Qeyd olunan faktor həm su vasitəsi ilə alınan elektrik enerjisinin istehsalına, həmdə digər elektrik stansiyalarının soyutma sistemlərinə ciddi təsir edib.
Qeyd edək ki, Avropanın yarısı bu yay quraqlıq və meşə yanğınlarından əziyyət çəkir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin