Sosial Tədqiqatlar Mərkəzində (STM) "Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru" mövzusunda dəyirmi masa keçirilib.
ANmedia.az Report-a istinadən xəbər verir ki, tədbirdə deputatlar, QHT rəhbərləri, və siyasi ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, STM İdarə Heyəti sədrinin müavini professor Elşad Mirbəşir bildirib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz dünyaya özünü qüdrətli ölkə olduğunu sübut etdi. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 30 il düşmən işğalında olan torpaqlarımızı geri qaytardı:
"Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri həyata keçirir. Ermənistan Qarabağda yaşayan ermənilərin taleyi ilə maraqlanmır. Yeni dəhlizlə bağlı layihənin reallaşmasında iştirakçı olmaması bunun bariz nümunəsidir".
Deputat Hikmət Babaoğlu isə vurğulayıb ki, rəsmi Yerevan üzərinə düşən öhdəlikləri yerinə yetirmir:
"Bəyannamənin tələblərindən irəli gələn bir neçə bənd var ki, rəsmi Yerevan tərəfindən bununla bağlı öhdəliklər icra olunmur. Çünki hələ də erməni qanunsuz silahlı birləşmələri orada qalmaqdadır. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və əsir düşmüş vətəndaşlarımızın taleyi barədə heç bir məlumat vermir. Kommunikasiyaların açılması ilə bağlı heç bir addım atılmadı. Onlar Rusiya sülhməramlısının arxasında gizlənərək Azərbaycan Ordusunun əsgərini şəhid etdilər. Bunu siyasi terror kimi dəyərləndirmək lazımdır. "Qisas" əməliyyatından sonra artıq Ermənistan qərarlarında dəyişiklik edərək, Zəngəzur və Laçın dəhlini ilə bağlı layihəni dəstəklədiyini bildirdi".
Tədbirdə STM İdarə Heyətinin üzvü Tahirə Allahyarova "Laçında davam edən ekoloji terror və mədəni abidələrə qarşı vandalizm aktların insanlıq əleyhinə cinayət aspektində" adlı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Laçın rayonu ərazisində qanunsuz məskunlaşdırma beynəlxalq hüquq kontekstində" məruzə ilə çıxış edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin