Pedaqoji heyətin ümumi sayı təxminən 129 min nəfərdir.
ANmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək. Nazir deyib ki, eyni zamanda 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10 faiz əlavə ilə 340, 35 faiz əlavə ilə isə 420 manat olacaq:
"12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta maaşı 535 manatdır. 10 faiz əlavə ilə 590, 35 faiz əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10 faiz əlavə tətbiq edildikdə 830, 35 faiz əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10 faiz əlavə olduqda 1210, 35 faiz əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar".
Qeyd edək ki, sertifikasiya ilk olaraq ibtidai sinif müəllimləri arasında aparılacaq. Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır. Onların 1279-nun 6 saata qədər, 4030-nun 6-12 saat, 7360-nın 12-18 saat, 16105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12867 ibtidai sinif müəllimi işə qəbul edilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin