Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.
ANmedia.az “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışır: “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin