Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə hökumətin iclası keçiriləcək.
ANmedia.az xəbər verir ki, bu barədə Sabah qəzeti məlumat yayıb.
İclasın gündəliyinə yerli və xarici siyasət, iqtisadi vəziyyət və 81 vilayətdə sosial evlərin tikilməsi daxildir. İclasın sonunda Ərdoğanın xalqa müraciət edəcəyi bildirilir.
Qeyd edək ki, bu, avqustda hökumətin tam tərkibdə ikinci iclasıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin