 Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) çoxaldılmasına başlanılıb.
Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) çoxaldılmasına başlanılıb.ANmedia.az bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev məlumat verib.
Onun sözlərinə görə, adı “Qırmızı kitab"a salınmış bu nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək: "Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir. Meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək və toxumları səpiləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








