Bu gün İmişli rayonunun 2 kəndində qazın verilişi dayandırılacaq.
ANmedia.az xəbər verir ki, “İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 225 mm, 160 mm və 110 mm PE olan orta təzyiqli “Rəsullu-Məhəmmədli” yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərində (287 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin