
Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək.
ANmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıda baş tutacaq imtahanla bir-iki gün fərqi ilə də olsa, baş tutacaq: "Bundan başqa, Naxçıvanda ilk dəfə IV və VI sinif şagirdləri üçün yoxlama keçiriləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin