
Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.
ANmedia.az xəbər verir ki, bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.
İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin