
Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49 483 ədəd tank və piyada əleyhinə minalar var.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.
ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin