𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur:
“Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin