Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib.
ANmedia.az bildirir ki, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.
Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin