
Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb.
ANmedia.az xəbər verir ki, bu barədə Şuşa şəhərində keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








