“Moskvada, İrəvanda, Parisdə, Vaşinqtonda deyilənlərin hamısı yalan və manipulyasiya, əsassız iddialardır”
“Laçın yolu üçtərəfli bəyanata uyğun fəaliyyət göstərir: Azərbaycan yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyinə zəmanət verir. Yola birbaşa Rusiya sülhməramlıları nəzarət edir və bu həqiqətdir”.
ANmedia.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Qarabağ ətrafında yaranmış durumu dəyərləndirərkən deyib.
“Yol kimin üçün bağlıdır? Bəli, Ermənistanın hərbi qulluqçuları, hərbi texnikanın daşınması, Pekres və Vardanyanlar, İran terrorçuları üçün əngəllənib! Yol Qarabağın ermənidilli əhalisinə işləyir, məsələ budur”, - təhlilçi əlavə edib!
F.Məmmədov daha sonra qeyd edib ki, Rusiya sülhmıramlılarının fəaliyyətinin təmin edilməsinə heç bir əngəl yoxdur: “Bakı onlara Azərbaycan ərazisindən keçən logistikadan istifadə etməyi təklif edir, çünki bu, doğrudur. Heç yerdə yazılmayıb ki, Rusiya sülhməramlılarının maddi-texniki təchizatı və təminatı Ermənistan ərazisindən həyata keçirilməlidir. Belə bir öhdəlik yoxdur və bu həqiətdir. Azərbaycan Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda yerləşməsinin əleyhinə deyil, amma təminat yalnız Ağdamdan keçməlidir”.
Ekspert qeyd edir ki, sülhməramlıların indiki şəraitdə Putinin 11 noyabr tarixli fərmanlarını həyata keçirə bilməməsi onların öz nın problemidir.
“Belə fərmanlar qeyri-müəyyən coğrafi adlarla və adı çəkilən ərazinin statusu göstərilmədən verilməməli idi”, - o bildirib.
F.Məmmədov vurğulayıb ki, regionun resurs təminatı artıq Ermənistan ərazisindən həyata keçirilə bilməz: “Praktika göstərdi ki, Ermənistan ərazi iddialarından əl çəkmək fikrində deyil və xarici qüvvələr - daha çox Rusiya, Fransa, az dərəcədə İran, ABŞ reinteqrasiyaya qarşı müqaviməti artırmaq üçün çoxsaylı addımlar atıblar. Qarabağın ermənidilli əhalisinin təminatlarının Azərbaycana bağlanması gələcək reinteqrasiya üçün mühüm komponentdir. Heç bir yerdə, heç bir sənəddə bu barədə bir söz yoxdur və Azərbaycan heç bir öhdəlik götürməyib və bu həqiqətdir”.
Politoloq əlavə edir ki, Moskvada, İrəvanda, Parisdə, Vaşinqtonda deyilənlərin hamısı yalan və manipulyasiya, əsassız iddialardır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin