Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.
ANmedia.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin