“Zəngilan rayonunun Ağalı və Tərtərin Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb”.
ANmedia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
O qeyd edib ki, həmin çadırlar Qurban bayramından əvvəl quraşdırılıb:
“Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbatdan biri də ət məhsullarıdır. Bunun üçün həmin çadır tipli kəsim məntəqələri orada quraşdırılıb. Qurban bayramında da həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Şəhərsalmaya uyğun olaraq orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək”.
O qeyd edib ki, AQTA tərəfindən Qurban bayramına hazırlıq prosesinə start verilib:
“Artıq müvafiq qurumlarla birgə respublika ərazisində standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirilib:
“Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq”.
Qeyd edək ki, 28-29 iyun Qurban bayramıdır.
İlhamə Əbülfət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin