Prezident İlham Əliyevin ötən il oktyabrın 17-də Füzuli şəhərində təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Azərbaycan jurnalistlərinin Füzuli, Hadrut və Şuşaya mediaturu çərçivəsində bildirib.
Onun sözlərinə görə, rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin