Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşaya gedib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Azad Şuşada səhər gəzintisi etməyinizi və Günəşin doğuşunu izləməyinizi tövsiyə edirəm”, - deyə türkiyəli diplomat Şuşadan fotolar paylaşıb.
Qeyd edək ki, Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçirilir. Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak etdikləri forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin