Laçın rayonundakı əkin sahələrinə suyun maneəsiz axınını təmin etmək məqsədilə kanalların lildən təmizləmə işləri aparılır.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Məlumata görə, rayonun 18510 hektar suvarmaya yararlı sahələri mövcuddur ki, onlardan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.
Rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.
Ümumilikdə rayon üzrə suvarma kanallarının uzunluğu 349 km-dir.
Qeyd edək ki, rayon ərazisində 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin