“Azad edilən ərazilərdə böyük işlərin görüldüyünün şahidi olduq”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən norveçli səyyah Yorn Augestad bildirib.
“Bu ərazilərin dağıntılara, erməni vandalizminə məruz qaldığını gördüm. Əlbəttə, bu çox məyusedici haldır”, - o deyib.
Y.Augested vurğulayıb ki, səyyahlar Şərqi Zəngəzur iqtisadi rayonunda genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə də tanış olublar:
“Son iki ildə necə böyük işlərin görüldüyünü müşahidə etdik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin