Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.
Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib.
Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin