"Prezident Administrasiyası rəhbərinin işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində sənədləşdirmə işlərinin təşkili haqqında sərəncamına əsasən Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılıb".
Anmedia.az Report-a istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, komissiyada təmsil olunan dövlət orqanları (qurumları) tərəfindən işğaldan azad edilmiş ərazilərdə tikinti işləri üçün torpaq sahələrinin istifadəyə, habelə icarəyə verilməsi ilə bağlı zəruri sənədlərin vaxtında rəsmiləşdirilməsi məqsədilə həmin torpaq sahələrinə yerində birgə baxış keçirilmiş və baxışın nəticəsinə uyğun olaraq müvafiq rəy təqdim olunub:
"Dövlət Xidmətinin təşəbbüsü ilə arxeoloji abidələrin qorunmasının təmin edilməsi məqsədilə bu layihələrin icrası nəzərdə tutulan ərazilərdə operativ tədqiqat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları da cəlb edilib. Azad olunmuş ərazilərdə şəhərsalma və infrastruktur fəaliyyəti zamanı mədəni irs nümunələrinin qorunması məqsədilə obyektlərin (yarımstansiyalar, dəmir yol və avtomobil xətləri, su anbarları və s.) tikintisi planlaşdırılan ərazilərə baxış keçirilib və müvafiq rəylər hazırlanaraq aidiyyəti orqanlara göndərilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin