
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 ANAMA-dan verilən məlumata istinadən bildirir ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin