Beynəlxalq Kosmik Stansiyada (BKS) olan bir astronavt bu yaxınlarda Yerdəki səhranın ortasında parlaq bir nöqtənin gündüz işığında "maraqlı" mənzərəsini paylaşıb.
"Negev səhrasında parlaq bir nöqtə... gün ərzində insanların yaratdığı işıqları görmək qeyri-adidir!" Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Samantha Cristoforetti, qəhvəyi mənzərəyə qarşı uzaqdan ağ ləkəni göstərən üç fotoşəkil paylaşarkən bu, günəşdən enerji əldə etmək üçün istifadə olunan konsentratlaşdırılmış günəş elektrik stansiyasıdır. Dünyanın ən hündür günəş enerjisi qüllələrindən biridir-deyə öz tvit hesabında qeyd edib.
CNET-ə görə, parlaq nöqtə İsrailin Negev səhrasındakı 820 fut hündürlüyündə bir qüllədə günəş işığını cəmləşdirmək üçün güzgülərdən istifadə edən Ashalim Günəş İstilik Elektrik Stansiyası sayəsində görünüb. Bu qüllə dünyanın ən hündür günəş enerjisi qüllələrindən biri hesab olunur.
Günel Şəmilzadə
Mənbə : gadgets360.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin