Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
“Erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib”, - məlumatda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








