
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








