“Adım Alladır, “Cellar Door” Telegram-kanalının müəllifi, neft bumu dövrünə aid giriş qapıları üzərində təsvirlər üzrə bələdçi və mobil fotoqrafam. Bakı haqda elə danışacağam və göstərəcəyəm ki, bu şəhərə aşiq olacaqsınız!”
Bu, sevimli şəhərimiz və onun sakinləri ilə əlaqəli bir çox maarifləndirici layihələrinin müəllifi, tükənməz enerjisi olan Alla Polonskayanın (Qaraqaşlı) saytındakı salamlama nitqidir.
Onun Telegram kanalı insanların üstünlük verdiklərinə uyğun olaraq Bakıda üzrə özünəməxsus naviqasiyadır. Burada sərgi məkanları, qırmızı və ya ağ badələri qaldıra biləcəyiniz məkan seçimi, hara gedəcəyin və şəhərimizin xaricində görməli maraqlı yerlər, yaxın gələcəkdə hansı konsertlər, sənət sərgiləri və əyləncələrin keçiriləcəyi haqqında geniş məlumatlar yer alıb. O, əmindir ki, Bakıda asudə vaxtınızı parlaq keçirmək üçün hər çür imkan var.
Alla 1news.az-a verdiyi müsahibəsində kanalının 10 il Bakcell-də menecer işlədikdən sonra işdən çıxmaq və qısa tətil etmək qərarına gəldiyi bir dövrdə – 2017-ci ildə ərsəyə gəldiyindən bəhs edib.
“Yay idi, qarşıma məqsəd qoymuşdum ki, mümkün qədər çox maraqlı yerləri ziyarət edim. Çünki həyatım sanki qapalı dairə idi və demək olar ki, yalnız işdən ibarət idi. Buna görə işdən çıxdıqdan sonra aktiv ictimai həyata başlamaq qərarına gəldim.
Məlum oldu ki, Azərbaycanda çox möhtəşəm tədbirlər keçirilir. İstedadlı yaradıcı gənclər var, çoxlu sayda konseptual müəssisələr açılır ki, burada nəinki yemək yeyirsən, eyni zamanda mənəvi qidadan ləzzət almağa imkan yaradılır. Məsələn, bir çox müəssisələr müəyyən janrlarda canlı musiqi axşamları keçirir. Bu, nəinki ziyarətçilərin axşamını işıqlandırır, həm də ifaçılara öz auditoriyalarını tapmağa imkan verir”, - A.Polonskaya deyir.
Bir anda o, əhalini bu heyrətamiz yerlər və istedadlı insanlarla tanış etməyin lazım olduğuna qərarına gəlir. Beləliklə, bu gün onun 1400 abunəçisi olan “Cellar Door” Telegram kanalı ərsəyə gəlir. Allanın sözlərinə görə, Bakı ilə bağlı daha çox abunəçisi olan başqa bir Telegram kanalına rast gəlməyib. Həmsöhbətimiz layihəsinin uğurunu ona çoxlu sevgisinin yatırıldığında görür.
“Əsas işim olmadığı və müstəqil kopirayter kimi işlədiyim bir dövrdə şəhərimizin tarixi və memarlığı ilə tanış olmağa başladım. Şirvanşahlar Sarayını ziyarət etdim, əvvəllər buna vaxt tapmamağımdan çox təəssüfləndim.
Mənim üçün Bakının canı olan “şüşəbəndə” aşiq oldum – mənə elə gəlir ki, hay-küylü uşaqlar və taxtadan şüşəli eyvanları olan italyan həyətlərinin ab-havası başqadır. Lakin dönüş nöqtəsi olaraq özüm üçün neft maqnatlarına məxsus dəbdəbəli malikanələr kəşf etməyim oldu.
Bunlar neft bumu zamanı zənginləşən de Bur, Əlibəyov, Nəcəfli, Məmmədov və digər milyonçuların malikanələri idi. Bakının xarici simasını çox güclü şəkildə dəyişdirərək, bizə öz yaradıcılıqlarını miras qoyan, həmin malikanlərin qurulması üçün məşhur xarici memarlar dəvət edilirdilər.
Bu evlərdə əsrarəngiz təsvirləri olan giriş qapılarını aşkar etdim. Və onların şəklini çəkərək, Instagram səhifəsində ünvan və təsviri ilə birlikdə yerləşdirdim. Çünki bu gözəlliyi ətrafdakılarla bölüşməli idim”, - A. Polonskaya söyləyir.
Bir müddətdən sonra sosial şəbəkə istifadəçiləri ondan giriş qapılarına ekskursiya etməsini təklif etdilər və bu andan bələdçi kimi həm yerli, həm də rusdilli qonaqlara Bakı malikanələrinin tarixini tanıtmağa başlayır. Bu yaxınlarda o, bu turları Pasha Travel şirkətinə məxsus Baku Sightseeing turizm şirkəti ilə birlikdə həyata keçirir.
“Turlarım müəllifliyi tamamilə mənə aiddir. Özüm marşrutlar tərtib edirəm, maraqlı hekayələr tapıram. Təəssüf ki, məlumat əldə etmək üçün vahid mənbənin olmadığını nəzərə alsaq bu, çox çətin prosesdir. Buna görə, turlarda dediklərimin hamısı kitablar, arxivlər və saytlar vasitəsilə toplanmış məlumatlardır.
Yeri gəlmişkən, bu tarixi əhəmiyyətli evlərin əksəriyyəti yaşayış yeridir, buna görə kütləvi şəkildə oraya getməyə dəyməz. Qruplarımda ən çox 7 nəfər olur və səs-küy yaratmamağa çalışırıq. Bir çox sakinlə etibarlı münasibət yaratmışam, çünki əvvəlcədən onlarla tanış oldum və layihəmin məqsədləri barədə danışdım.
Əlibəyovun evində yaşayan insanlar bizi hətta evə girməyə də imkan verdilər - məlum oldu ki, onlar bu ailənin tarixini öyrənirlər və özləri də bu evin tanıdılmasında maraqlıdırlar”, A.Polonskaya deyir.
Giriş qapıları ilə bağlı turlar kifayət qədər tələb olunurdu, lakin karantin elan edildikdən sonra dayandırıldı. Bu müddət ərzində, Alla öz Telegram kanalını uyğunlaşdırıb, ayrı postda 40-dan çox ev haqqında material toplayıb, abunəçiləri onlayn olaraq həyata keçirdiyi tədbirlər və təşəbbüslər barədə daim məlumatlandırır və axtarışı asanlaşdırmaq üçün bütün yazıları heşteqlərlə sıralayır. Həmçinin Alla şəhərin müstəqil öyrənilməsi üçün saytını və 3 gəzinti marşrutunu işə salıb.
“Şəhər binalarının bütün şəkillərini telefonla çəkirəm. Yarı peşəkar foto-kameram var, lakin demək olar ki, heç vaxt özümlə götürmürəm. Həyat yoldaşım plyonka foto-kameralardan tutmuş məni hər cür avadanlıqla təchiz etməyə çalışdı, lakin yenə də telefonuma üstünlük verirəm (gülür). Hətta “mobile photography” kimi qeyd edirəm. İndi kifayət qədər yüksək keyfiyyətli kamerası və Leica-dan obyektiv olan Huawei P20 Pro var - Instagram səhifəmdə gördüyünüz bütün kadrlar bu əllər və bu telefonla çəkilib.
Yeri gəlmişkən, şəhərin şəkilləri Ninka Cards ilə birlikdə yayımladığımız açıqcalar formasında da mövcuddur. Bu poçt kartları tez-tez digər ölkələrə və şəhərlərə səyahət edir, Bakıdan bir parça aparır”, - həmsöhbətimiz deyir.
A.Polonskaya rəsmi işsiz olduğu dövrdə başqa bir layihəyə - Mazut internet verilişinə başladı. O, bu verilişi o vaxt onun kimi işsiz olan həmmüəllifi Jey (Ceyran) ilə birlikdə aparırdı. Həm də onların komandalarında səs üzrə texnik Fərəc də vardı. 10 epizodu yazdıqdan sonra, onların hər biri yenidən daimi işlə təmin olundu və artıq bir yerə toplaşmaq çətin oldu. Buna görə də bu layihə müəyyən müddət donduruldu.
“İnanıram ki, verilişimiz çox uğurlu oldu və biz mütləq bu işi davam etdirəcəyik. Bizim üçün bu, yaxşı çıxış idi - sadəcə bir araya gələrək, bizi maraqlandıran mövzuları müzakirə etdik. Feminizmdən, gələcəkdə hansı peşələrə tələbat olacağı barədə danışdıq, işəgötürənə özünü necə savadlı təqdim etmək düzgündür və s. barədə təcrübələrimizi bölüşdük.
90-cı illərdən bəhs etdiyimiz uşaqlıq haqqında nostalji buraxılış da var idi. Bundan əlavə, qonaqlarımızla birlikdə buraxılışımız da oldu. Məsələn, Azərbaycan kinosundan uşaqları dəvət etdik və onlarla çox maraqlı söhbətlərimiz oldu.
Adına gəldikdə, burada milli kaloritin olmasını istədik. Variantlar çox idi - Kükü, Pomidor-yumurta (gülür). Sonra neft və buna görə fərqli rənglərlə parlayan yanacaq yağı xatırladıq. Tamamilə fərqli mövzuları müzakirə edəcəyimizi, üstəlik Jey və mən əks fikirləri olan fərqli insanlar olduğumuzu nəzərə alaraq, verilişə Mazut adını vermək qərarına gəldik. Buraxılışlarımızı Telegram kanalında dinləyə, həmçinin iTunes, Google Podcast və digər platformalarda tapa bilərsiniz”, - dedi.
Hal-hazırda A.Polonskaya yenidən ofisdə IT texnologiyalarının inteqrasiyası üzrə layihə meneceri kimi çalışır. Bununla birlikdə, şəxsi layihələrini populyarlaşdırmağa və əsas işlə birləşdirməyə davam etmək niyyətindədir.
“Paralel olaraq, “Experience Azerbaijan” jurnalı ilə əməkdaşlıq edirəm. Jurnal ingilis dilində nəşr olunur və əsasən turistlər üçün nəzərdə tutulub. Orada ölkəmiz haqqında yazan istedadlı uşaqlar var. Mən də Azərbaycanda vaxt keçirmək barəsində bu jurnal üçün vaxtaşırı yazmağı və vaxtaşırı məqalələr hazırlamağı çox sevirəm”, – həmsöhbətimiz dedi.
Alla yuxarıda göstərilənlərin hamısını yalnız düzgün planlaşdırma sayəsində etdiyini etiraf edir. Gələcəkdə Bakını həm sakinləri, həm də ziyarətçilər arasında daha da populyarlaşdırmaq niyyətindədir.
“Hər şeydən əlavə, bir arzum var - İslandiyaya, oradan da Farer adalarına getmək. Bu xəyal Skandinaviyadan olan müəllifi Yohan Harstadın - Farer adalarında reallaşan “İndi haradasan” kitabını oxuduqdan sonra meydana gəldi. Həqiqətən ora getmək, balinalara baxmaq istəyirəm. Ümid edirəm ki, nə vaxtsa bu arzum həyata keçəcək”, – deyə Alla gülümsədi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin