Qeydə alınan 6000 dil qüsuru faktından 4753-ü hesabata daxil edilib.
Anmedia.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.
G.Əmirova televiziya kanallarında aparılan monitorinqlərin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdrıb.
Onun sözlərinə görə, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin