Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsviri incəsənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir. Tədbirlər sırasında rəssamlarla görüşlərin təşkili prioritet məsələlərdəndir.
Nazirlikdən Anmedia.az-a verilən məlumata görə, bununla bağlı, 18 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva və həmin şöbənin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə Xalq rəssamı Cəlil Hüseynov, rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanalarını ziyarət ediblər.
Nəzərinizə çatdırırıq ki, 8 aprel 2022-ci il tarixində Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş "Ağ kölgə" adlı fərdi sərgi təşkil ediləcəkdir. Görüş zamanı sərginin təşkili ilə bağlı bir sıra məsələ ətrafında fikir mübadiləsi aparılmış, emalatxananın fəaliyyəti ilə bağlı müzakirələr edilmişdir.
Daha sonra rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanaları ziyarət edilmiş, rəssamların gələcəkdə fərdi sərgilərinin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
Bildiririk ki, bu kimi görüşlərin keçirilməsi planlı şəkildə davam etdiriləcək, rəssamların istəkləri nəzərə alınaraq daim diqqətdə saxlanılacaqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin